Antibiotikdən komaya düşən 4 yaşlı uşağın vəziyyəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Antibiotikdən komaya düşən 4 yaşlı uşağın vəziyyəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Antibiotikdən komaya düşən 4 yaşlı uşağın vəziyyəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

135406

Xəbər verildiyi kimi Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb. Hadisə rayonun Babək küçəsində qeydə alınıb.

Belə ki, müalicə məqsədilə 4 yaşlı Yusifli Elmira Rahim qızına nənəsi antibiotik iynəsi vurub. Bu zaman azyaşlının halı pisləşib və komaya düşüb. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Həkimlər uşağa ilkin tibbi yardım göstərsələr də, onun vəziyyəti ağır olduğundan dərhal azyaşlını Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya azyaşlının vəziyyəti barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Yataqxanada baş verən partlayışda yaralananların durumu AÇIQLANDI  


Bildirilib ki, hazırda azyaşlı TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicəsini davam etdirir. Müəssisəsinin Təcili tibbi yardım şöbəsində xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda pasiyent həkim nəzarətindədir.

Vəziyyəti orta stabildir, analiz nəticələri müsbətdir. Ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO