Ermənistanla sərhəddəki SON DURUM – “Təxribatlar genişmiqyaslıdır, ciddi tədbirlər görülür”

Ermənistanla sərhəddəki SON DURUM – “Təxribatlar genişmiqyaslıdır, ciddi tədbirlər görülür”

Hazırda oxunan: Ermənistanla sərhəddəki SON DURUM – “Təxribatlar genişmiqyaslıdır, ciddi tədbirlər görülür”

135392

Xəbər verdiyimiz kimi mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Müdafiə Nazirliyinin verdiyi xəbərə görə bir hərbçimiz yaralanıb. Qarşı tərəfdən isə 3 hərbçinin yaralandığı bildirilir. Nazirlikdən verilən məlumatda o da qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. 
Bildiyimiz kimi 3 gün sonra Brüsseldə Əliyev-Paşinyan-Mişel görüşü planlaşdırılır. Bu görüş ərəfəsində ermənilərin təxribata əl atması bir daha onu göstərir ki, Ermənistanın ipi öz əlində deyil və sülh danışıqlarına öz istəyilə qatılmır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyev Ermənistanın danışıqlarda heç zaman səmimi olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan təxribatlarının miqyasını genişləndirməyə cəhd edir - MN


“Bu gün də səmimi deyil. Əvvəllər olduğu kimi sülh danışıqları öncəsi Ermənistan geniş miqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görüb. Və adekvat tədbirlər görüləcək.

Bu təxribatlar sülh danışıqlarının perspektivlərini şübhə altına alır. Azərbaycan əsgəri suveren ərazilərimizdə açılan atəş nəticəsində yaralanırsa, onda heç bir uğurlu sülh danışıqlarından söhbət gedə bilməz. Baxmayaraq ki, sülh bu gün daha çox Ermənistana lazımdır”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO