Hazırda TƏBİB-in tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün 1 modul tipli xəstəxana fəaliyyət göstərir.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib:
"Burada ümumilikdə 370 çarpayılıq yer mövcuddur. Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur".
TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada müalicə alan koronaviruslu xəstələrin sayı da açıqlanıb.
"Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i Reanimasiya şöbəsindədir. Şöbədə olanlardan 1 nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir", - deyə cavabda bildirilib.
Qeyd edək ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib.
Bizim.Media
![Ölkədəki koronavirus xəstələrinin sayı AÇIQLANDI Ölkədəki koronavirus xəstələrinin sayı AÇIQLANDI](https://bizim.media/file/articles/2023/05/11/1683784444_af9461fa-a420-34c2-8ae7-7a2b4d2de6ee_850.jpg)
- A-
- A
- A+
Hippokrat
09:53 / 11.05.2023
Ölkədəki koronavirus xəstələrinin sayı AÇIQLANDI
Hazırda oxunan: Ölkədəki koronavirus xəstələrinin sayı AÇIQLANDI
Hazırda oxunan: Ölkədəki koronavirus xəstələrinin sayı AÇIQLANDI
135384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.