“Beşiktaş” “Sabah”la oyunun hazırlığına başladı

“Beşiktaş” “Sabah”la oyunun hazırlığına başladı

Hazırda oxunan: “Beşiktaş” “Sabah”la oyunun hazırlığına başladı

135381

Türkiyənin "Beşiktaş" klubu "Sabah"la keçirəcəyi yoldaşlıq oyununun hazırlıqlarına başlayıb.  

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi 3 günlük istirahətdən sonra bu gün məşqlərə start verib. 

Şenol Güneşin rəhbərlik etdiyi kollektivin mətbuata qapalı keçirilən hazırlığı 1,5 saat davam edib. Klub prezidenti Ahmet Nur Çebi və idman direktoru Ceyhun Kazancı da məşqi izləyib.  

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün xərclənəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO