Məşhur idmançı cütlüyün üçüncü övladı dünyaya gəldi

Məşhur idmançı cütlüyün üçüncü övladı dünyaya gəldi

Hazırda oxunan: Məşhur idmançı cütlüyün üçüncü övladı dünyaya gəldi

135346

“Bavariya” və Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştaygerlə WTA reytinqinin keçmiş lideri Ana İvanoviçin 3-cü övladı dünyaya gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə sabiq tennisçi sosial şəbəkə vasitəsilə yeni doğulan oğlunun əlinin şəklini paylaşıb və bunu yazıb:  

“Salam, dünya! Bizim ürəyimiz məhəbbətlə doludur!” 

Almaniyalı yarımüdafiəçi ilə serbiyalı tennisçi 2014-cü ildən bir yerdə yaşasa da, onlar 2016-cı ildən nigah bağlayıblar. 2018-ci ildə onların Luka, 1 il sonra isə Leon adlı oğulları dünyaya gəlib. 
Xatırladaq ki, İvanoviç 2016-cı ildə, Şvaynştayger isə 2019-cu ildə karyeralarını başa vurublar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO