Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO/VİDEO

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO/VİDEO

135291

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad ediblər.

Sonra dövlət başçısı, birinci xanım və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
 

























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO