Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin AÇILIŞI OLUB - YENİLƏNİB - FOTO/VİDEO

Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin AÇILIŞI OLUB - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin AÇILIŞI OLUB - YENİLƏNİB - FOTO/VİDEO

135247

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma küçədə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət başçısı: “Qarabağ və Şərqi Zəngəzurda 10 kəndin təməli qoyulub” - VİDEO


Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir.

Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Bərpa-yenidənqurma işləri Şuşanın tarixi görkəminə uyğun qaydada yüksək səviyyədə aparılır. 

Dövlət başçısı Dəmir yumruq küçəsinin lövhəsinin açılışını edib. 

*** 13:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO