Uşaq incəsənət festivalına 638 nəfər qatılıb – FOTO  

Uşaq incəsənət festivalına 638 nəfər qatılıb – FOTO  

Hazırda oxunan: Uşaq incəsənət festivalına 638 nəfər qatılıb – FOTO  

135246

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının Şimal-Qərb bölgəsində birinci mərhələsi uğurla yekunlaşıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib. 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilən festivalın seçim turlarında Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından 6-17 yaş arasında uşaqlar qatılıb. 21 nominasiya üzrə 638 fərdi ifaçı və 25 xalq çalğı alətləri, rəqs və xor kollektivi müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirib. Seçim turlarında fərqlənən fərdi ifaçılar və kollektivlər festivalın ikinci mərhələsində iştirak etmək hüququ qazanıb. Uşaq İncəsənət Festivalının keçirilməsində məqsəd ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılmasıdır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO