Türkiyəli deputat: “Azərbaycansız “Türk yolu” layihəsi mümkün deyil” – ÖZƏL

Türkiyəli deputat: “Azərbaycansız “Türk yolu” layihəsi mümkün deyil” – ÖZƏL

Hazırda oxunan: Türkiyəli deputat: “Azərbaycansız “Türk yolu” layihəsi mümkün deyil” – ÖZƏL

135230

“İngiltərənin BBC agentliyinə CHP sədri, prezidentliyə namizəd olan Kemal Kılıçdaroğlu yeni layihəsini açıqlayır. Adı da “Türk yolu”. Lakin nə hikmətdirsə, açıqladığı layihədə, adı “Türkün yolu”olan layihədə Azərbaycana yer verilmədiyini üzülərək gördük. Soruşmaq istəyirəm, Azərbaycansız “Türk yolu”layihəsi ola bilərmi? Əlbəttə ki, olmaz”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Türkiyənin hakim Əalət və İnkişaf Partiyasından (AK Parti) olan Balıkesir millət vəkili Yavuz Subaşı deyib. CHP liderinin “Türk yolu” layihəsində Azərbaycana yer verilmədiyini AK partiyaya olan düşmənçiliklə əlaqələndirən Subaşı, azərbaycanlı qardaş və bacılarının heç də narahat olamamağa çağırıb.

“Buradan Azərbaycandakı vətəndaşlarımıza, qardaşlarımıza səslənmək istəyirəm, xahiş edirəm ki, bundan narahat olmayın. Bu, uğursuz, sadəcə söz olsun deyə dilə gətirilən layihədir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyində - hər iki ölkənin dövlət başçıları birlik və bərabərlik içərisində, əl-ələ, qol-qola Türkiyə və Azərbaycanı daha da inkişaf etdirmək üçün çalışmağa davam edirlər. 

Biz bu işləri görərkən, bu, CHP-nin etdiyi açıqlama nə ilkdir, nə də ki, son olacaq. Daha əvvəl də, biz, Qarabağ zəfərinə dəstək verdiyimizdə buna qarşı çıxmışdılar. Azərbaycana dəstək verdiyimiz, kömək etdiyimiz üçün CHP HDP ilə birlikdə Böyük Millət Məclisində “yox” səsini vermişdi. Bunlardan biri də, çox təəssüf ki, Bakıda səfir kimi çalışmış CHP millət vəkili İdris idi”, - deyə Y.Subaşı bildirib. 
Azərbaycanın “İpək yolu” layihəsində Türkiyənin də rol aldığına diqqət çəkən Subaşı, 14 may tarixində Ərdoğanın qalib olacağına və seçildiyi gün verəcəyi ilk açıqlamalarda Türk dünyası və Azərbaycanla bağlı böyük layihələrdən söz açacağının anonsunu verib:

“Azərbaycan dövlət başçısının rəhbərliyində Türk dövlətlərini əhatə  edən çalışmalara 2020-ci ildə “İpək Yolu” layihəsi adı altında Londondan Pekinə qədər layihəyə başlamışdıq. Həm də dəmiryol vasitəsiylə.  8693 kilometrlik yolun 430 kilometrlik hissəsi Azərbaycandan keçir. 420 kilometri də, Xəzər dənizi ətrafından keçməkdədir. Yəni bunu ifadə etmək istəyirik ki, Azərbaycansız “Türk yolu” layihəsi, hələ adından Türk olan bir layihənin həyata keçirilməsi mümkün deyildir. 

Qarabağdakı işlərə qarşı çıxdıqları kimi, bizim gördüyümüz bütün işlərə qarşı çıxırlar. Mən Azərbaycandakı soydaşlarımıza bunu demək istəyirəm ki, biz tək millət, iki dövlət amalı içərisində hər iki ölkənin qardaşlığı, birliyi, ortaq çalışmağı üçün cənab prezidentimiz Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin ortaq işbirliyi bu gün olduğu kimi, 14 maydan sonra da davam edəcəkdir. 
Mən inanıram ki, cənab Rəcəb Tayyib Ərdoğan 14 may zəfərindən sonra çıxış edəcəyi balkon danışığında “Türk yolu”, “İpək Yolu” layihəsi ilə bağlı, bizim Azərbaycanla bağlı, Türk dünyası ilə bağlı etdiyimiz və edəcəyimiz işlərlə bağlı çox gözəl mesajlar verəcək. Azərbaycan və Türkiyə işbirliyi bundan sonra da davam edəcək”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO