“Nemezis” məsələsi danışıqlar yolu ilə həll edilməlidir - Erməni deputat 

“Nemezis” məsələsi danışıqlar yolu ilə həll edilməlidir - Erməni deputat 

Hazırda oxunan: “Nemezis” məsələsi danışıqlar yolu ilə həll edilməlidir - Erməni deputat 

135229

 "Nemezis" abidəsinin açılması çətinliklər yaratdı, lakin məsələ danışıqlar yolu ilə həll edilməlidir".

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının üzvü, deputat Babken Tunyan deyib. 

QDİƏT PA-nın Ankara sammitində iştirak edən Tunyanın sözlərinə görə, iclas zamanı Türkiyə tərəfi abidənin sökülməsini tələb etməyib.  

"Abidə məsələsi yalnız spiker Alen Simonyanla türkiyəli həmkarı Mustafa Şentopun görüşündə müzakirə olunub", - o qeyd edib. 

Qeyd edək ki, "Nemezis" abidəsinin açılışı aprelin 23-də İrəvanda olub. Bundan sonra Türkiyə öz hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. Daha sonra Türkiyənin xarici işlər naziri Çavuşoğlu açıq şəkildə abidənin sökülməsini tələb edib. Türkiyə və Azərbaycan XİN abidənin ucaldılmasını pisləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO