Goranboyda leysandan 3436 təsərrüfat ciddi ziyan çəkib – FOTO  

Goranboyda leysandan 3436 təsərrüfat ciddi ziyan çəkib – FOTO  

Hazırda oxunan: Goranboyda leysandan 3436 təsərrüfat ciddi ziyan çəkib – FOTO  

135223

Bu il aprelin 30-da Goranboy rayonu ərazisində güclü leysan yağışı və dolu yağması çaylarda suyun səviyyəsinin artmasına və ümumilikdə 3436 təsərrüfata ciddi ziyan vurub. 

Bizim.Media-nın yerli bürosunun Göranboy Rayon İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 1 şəhər, 3 qəsəbə və 8 kəndə, o cümlədən, Börü və Gürzallar kəndlərinin yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərində bir neçə fərdi yaşayış evlərinə ziyan dəyib. Güclü yağışlar və sel zamanı iri və xırda buynuzlu mal-qaraya, ev quşlarına və əkin sahələrinə qismən zərər dəyib.

Bununla bağlı, Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakət nəticəsində dəymiş ziyanın öyrənilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO