Koronavirusun mutasiyaya uğramış yeni ştammının yayıldığı ölkələrin sayı çoxalır. Yoluxmaların artması ilə əlaqədar bir çox ölkədə yenidən karantin rejimi tətbiq edilir.
Böyük Britaniya hökuməti İngiltərə ərazisində yeni karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib. Bundan başqa, Şotlandiya, Yaponiyada da yeni ştamm yayılıb.
Təhlükədən qorunmaq üçün Niderland, Belçika, İtaliya artıq Britaniya ilə sərnişin aviareyslərini bağlayıblar. Avstriya, Fransa və İsveç də yeni ştammın yayılmaması üçün mübarizələrini davam etdirir.
Bizim.Media-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva söyləyib ki, COVID-19-un yeni ştammı hər an Azərbaycana gələ bilər, heç kim bundan sığortalanmayıb.
MÖVZU İLƏ BAĞLI:
Amerikalı həkim də koronavirusla bağlı proqnoz verdi – “Bir şey qalmayıb”
Direktor müavini əlavə edib ki, son vaxtlar dünya mediasında Covid-19-un yeni ştammlarının yayıla biləcəyi ilə bağlı məlumatlar geniş yer alıb. Ehtimal həmişə var.
COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər:
“Biz pandemiya dövründə yaşayırıq və aramızda xəstələr, virus gəzdirənlər var. Hər an yeni virus yayıla bilər və virusa yoluxanların sayı arta bilər. COVID-19 virusunun mutasiyaya uğrayan ştammı çox sürətlə yayılır. Onun klinikası isə mütəxəssilər tərəfindən hələ geniş öyrənilməyib. Ona görə də ehtiyatlı olmaq lazımdır, bu ştamm çox amansızdır”.
TƏBİB-dən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdilər ki, ölkədə yeni ştamm hələ qeydə alınmayıb.
Gülşanə Mustafayeva Bizim.Media