Ceyhun Bayramovdan Brüssel görüşü ilə bağlı MÜHÜM AÇIQLAMA 

Ceyhun Bayramovdan Brüssel görüşü ilə bağlı MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Ceyhun Bayramovdan Brüssel görüşü ilə bağlı MÜHÜM AÇIQLAMA 

135199

"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündəki danışıqlar Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Fəxri Xiyabanda təşkil olunan anım tədbirində jurnalistlərə açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan liderləri mayın 14-də görüşəcək


"Ümumilikdə biz bu prosesi müsbət qiymətləndiririk. Müxtəlif səbəblərdən danışıqlar prosesində ləngimələr olur. Azərbaycanın bu məsələyə yanaşması hər zaman davamlı və ardıcıldır. 

Azərbaycan münasibətlərin normallaşmasının tərəfdarıdır. Təəssüf ki, zaman-zaman Ermənistan tərəfindən qeyri-ardıcıl yanaşmalar, fikirlər səsləndirilir. Sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilə olub. Bu danışıqlar beynəlxalq vasitəçilərin rolu ilə yenidən baş tutub. Bəlli bir fasilədən sonra liderlərin görüşü müsbət bir haldır. Yəqin ki, danışıqlar və onun nəticələrini gözləməyə çox qalmayıb", - o əlavə edib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO