FHN-nin təşkil etdiyi Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. Onların sırasında Şəki-Zaqatala bölgəsindən məktəblilər də var.
Bizim.Media-nın yerli bürosu Şəki-Zaqatala regional təhsil idarəsinə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi “Heydər Əliyev İli”nə həsr edilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsində bu bölgədən məktəblilər iştirak edib və uğuq qazanıblar.
Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
Belə ki, Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Kənan Məmmədzadə müsabiqənin respublika mərhələsində birinci yerə, Balakən rayon UGİM-in dərnək üzvü Yağmur Omarova ikinci, Zaqatala rayon UGİM-in dərnək üzvü Səma Ömərova isə üçüncü yerə layiq görülüb. Qaliblərin mükafatlandırma mərasiminə qatılan fövqəladə hallar naziri Kəmaləddin Heydərov müsabiqənin qalibinə xatirə hədiyyəsini şəxsən təqdim edib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:09 / 10.05.2023
Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri bəlli oldu – FOTO
Hazırda oxunan: Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri bəlli oldu – FOTO
Hazırda oxunan: Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri bəlli oldu – FOTO
135167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.