“Banu” verilişini Nazilə Səfərli aparacaq - VİDEO

“Banu” verilişini Nazilə Səfərli aparacaq - VİDEO

Hazırda oxunan: “Banu” verilişini Nazilə Səfərli aparacaq - VİDEO

135092

17 ildir “Space TV”də “Banu” verilişinin aparıcısı olan Günel Həsənzadə işindən ayrılıb.

Bizim.Media xəbər verir ki, Günelin yerinə isə sözügedən layihəni bundan sonra şairə Nazilə Səfərli aparacaq. 

Bu barədə Nazilə sosial şəbəkə hesabında məlumat yayıb: 

“Space” TV-nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də məyus oldum. Mənə də asan olmayacaq “Banu” izləyicilərinin könlünü almaq. Bu missiyanı mənə güvənərək həvalə edən “Space” televizyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”. 
Qeyd edək ki, Nazilə Səfərlinin təqdimatında “Banu” verilişi mayın 13-də saat 18:50-də efirdə olacaq.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO