Neft Emalı Zavodu yenidən qurulur...

Neft Emalı Zavodu yenidən qurulur...

Hazırda oxunan: Neft Emalı Zavodu yenidÉ™n qurulur...

135043
Mayın 3-dÉ™ HeydÉ™r Æx8fliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidÉ™nqurma vÉ™ modernizasiya layihÉ™sinin reallaÅŸdırılması istiqamÉ™tindÉ™ hÉ™yata keçirilÉ™n tÉ™dbirlÉ™r çərçivÉ™sindÉ™ Zavod ilÉ™ "Air Liquide" ÅŸirkÉ™ti arasında lisenziya, mühÉ™ndislik vÉ™ zÉ™manÉ™t müqavilÉ™lÉ™ri imzalanıb.

Moderator.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, "Air Liquide" şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti D.D'Elia, şirkətin rəhbər nümayəndələri Yörq Ott, Benjamin Buqeat, eləcə də NQENKK və "SOCAR KBR" şirkətinin nümayəndələri iştirak ediblər.

MüqavilÉ™ni H.Æx8fliyev adına NEZ-in direktoru Elman İsmayılov vÉ™ "Air Liquide" ÅŸirkÉ™tinin qlobal mühÉ™ndislik vÉ™ tikinti mÉ™sÉ™lÉ™lÉ™ri üzrÉ™ vitse-prezidenti D.D'Elia imzalayıblar.

Mərasimdə NEZ-in yenidən yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9%) təchizatının təmin edilməsi məqsədilə "Air Liquide" şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış "Air Liquide" şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Xatırladaq ki, baş ofisi Fransanın Paris şəhərində yerləşən "Air Liquide" şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO