Xınalıq UNESCO-nun mədəni irs siyahısına salınacaq

Xınalıq UNESCO-nun mədəni irs siyahısına salınacaq

Hazırda oxunan: Xınalıq UNESCO-nun mədəni irs siyahısına salınacaq

134900

Bu ilin sentyabr ayında "Xınalıq kəndi və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

“Xınalıq mədəni landşaftı və Köç yolu adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq. Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb”, - deyə Azadə Hüseynova bildirib.
Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb.

Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO