Rusiya sülhməramlılarının müşayiəti ilə Dağlıq Qarabağda 30-a yaxın erməni zəvvar Amaras monastırını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər "Xudavəng" monastırını ziyarət etdi - VİDEO
Qeyd olunub ki, rus sülhməramlıları Xankəndi şəhərindən Amaras monastırına və geri qayıdan erməni zəvvarların təhlükəsizliyini təmin edib.
"Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tamamilə atəşkəs elan edildi və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırıldı.
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşib.
Rus sülhməramlıları qaçqınların təhlükəsiz qayıtmasını və Dağlıq Qarabağdakı atəşkəs rejimini təmin edirlər", - deyə məlumatda vurğulanıb.
Bizim.Media