Qırğızıstan prezidenti Rusiyaya getdi

Qırğızıstan prezidenti Rusiyaya getdi

Hazırda oxunan: Qırğızıstan prezidenti Rusiyaya getdi

134773

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün, mayın 7-də Moskvaya  rəsmi səfərə yollanıb.

Bizim.Media "Kabar"a istinadən xəbər verir ki, səfər zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar gözlənilir.

İki ölkənin liderləri ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Həmçinin, rəsmi səfər çərçivəsində Sadır Japarovun digər rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.

Bundan əlavə, Sadır Japarov mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradını fəxri qonaq qismində ziyarət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO