Qaxda kitab bayramı keçirildi - FOTO

Qaxda kitab bayramı keçirildi - FOTO

Hazırda oxunan: Qaxda kitab bayramı keçirildi - FOTO

134746

Qaxda “Dilimizin dahisi, sözümüzün öndəri” devizi ilə kitab bayramı keçirilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qax rayon Mədəniyyət Mərkəzindən məlumat daxil olub. 

Bildirilir ki, ulu öndərin 100 illiyinə həsr edilən budəfəki kitab bayramının təşkilatçıları C.Cabbarlı adına Mərkəzi kitabxana və Mədəniyyət Mərkəzi olub. 

Kitab bayramı çərçivəsində Mərkəzi kitabxananın və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Günəşə qovuşmaq istəyirəm” adlı müsabiqənin qalibləri mükafatlandırılıb. 

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab və rəsm əsərlərinə də baxış keçirilib.

Tədbir maraqlı musiqi nömrələri, bədii qiraət, çıxışlar və kompozisiyalarla davam edib.  

Tural Rasim oğliu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO