İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib - FOTO

İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib - FOTO

Hazırda oxunan: İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib - FOTO

13458

“YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. 

Bizim.Media xəbər verir ki, Fonddan bildirilib ki, 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

 

MÖVZU İLƏ BAĞLI:

10 yaralı qazi Türkiyəyə müalicəyə göndərildi - FOTO


Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO