Xaçmaz rayonunda Uşaq incənət məktəbinin 30 illiyi qeyd olunub.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, tədbirdən əvvəl məktəbin şagirdlərinin 30 illik tarixi əks etdirən rəsm əl işlərinə baxış keçirilib.
Rəsmi hissədə ümummilli lider Heydər Əliyevin və cəmi Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xaçmaz Uşaq incəsənət məktəbinin direktoru Telnaz Adıgözəlova təhsil ocağının 30 illik yolundan ətraflı danışıb.
Digər çıxışlarda da Xaçmazın incənət potensialının inkişafında xüsusi xidmətləri olan məktəbin uğurlarından söhbət açılıb.
Kollektivə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələr təqdim edilib.
Sonda Xaçmaz Uşaq İncənət Məktəbinin şagirdləri və məzunlarının ifasında rəngarəng konsert proqramı iştirakçılara təqdim olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu