Qubada

Qubada "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum BAŞLAYIB - FOTO 

Hazırda oxunan: Qubada "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum BAŞLAYIB - FOTO 

134539

Qubada Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum başlayıb.  

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, "Şahdağ-Quba-Truskavets" hotelində baş tutan forum böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. 

Əvvəlcə qonaqlar və rayon rəhbərliyi Heydər Əliyevin Quba şəhərindəki abidəsini önünə gül-çiçək qoymaqla ziyarət edib, ruhunu hörmətlə anıblar. Rəsmi hissə iştirakçıların Azərbaycanın müstəqilliyi yolunda qurban gedən şəhidlərimizin və ölməz milli lider Heydər Əliyevin xatirəsinin bir fəqiqəlik sükutla anılması ilə başlayıb.  

Daha sonra Heydər Əliyev barədə hazırlanan filmin baxışı olub. Forumu giriş sözü ilə açan Ədəbiyyat Fondunun direktoru Varis Yolçuyevin təqdimatından sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dahi şəxsiyyət haqda unudulmaz xatirələrini danışıb. 
Qeyd edib ki, Heydər Əliyev sözə, sənətə böyük dəyər verib və məhz onun sayəsində Azərbaycan ədəbiyyatı mükəmməl tarixi yol keçərək bu günə gəlib çatıb. Onun sözlərinə görə, atası Rəsul Rzanın yaradıcılığına böyük önəm verən Heydər Əliyevin dəstəyini də həmişə həm öz, həm də digər yaradıcı insanların üzərində görüb və bu dahi insanın ədəbiyyata necə önəm verdiyinin əyani şahidi olub. 

Tədbirdə çıxış edən Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərdən danışıb. 

Qeyd edək ki, mayın 7-dək davam edəcək forumda Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevə həsr etdiyi "Əbədi ömrün 100 ili" kitabının təqdimatı olacaq.















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO