Siyəzəndəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA 

Siyəzəndəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Siyəzəndəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA 

134479

Siyəzəndə baş verən yanğın söndürülüb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehtiram Xəlilov məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə istirahət mərkəzi YANIR - ÖZƏL


Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, “QALA PARK” restoranın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının restoranın ərazisində bir dam altında tikilmiş 55 m² sahədə yerləşən mühafizə otağı, market və qazanxanada baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, restoran yanğından mühafizə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO