AZAL işçilərə əməkhaqqı verilmədiyini təsdiqlədi – “Maaşlar karta köçürüldü”

AZAL işçilərə əməkhaqqı verilmədiyini təsdiqlədi – “Maaşlar karta köçürüldü”

Hazırda oxunan: AZAL işçilərə əməkhaqqı verilmədiyini təsdiqlədi – “Maaşlar karta köçürüldü”

13432

Azərbaycan Hava Yollarının (AZAL) işçilərinin 2 aydır əməkhaqqı almadığı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə məlumat verilib.

Ekspertlərin fikrincə, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb. Buna baxmayaraq, işçilərin maaşlarının gecikdirildiyi qeyd olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

“AZAL” bilet pullarını geri qaytarmır – Turizm şirkətləri müştəri ilə üz-üzə qalıb


Maaşların gecikdirilməsi səbəbi açıqlanmır. İşçilərin şikayətlərinə görə sonuncu dəfə onlara maaş dekabr ayında verilib. 

Məsələ ilə bağlı Azərbaycan Hava Yollarının (AZAL) mətbuat katibi Paşa Kəsəmənski ilə əlaqə yaratdıq.

Məlumatı Bizim-Media-ya təsdiqləyən qurum rəsmisi AZAL işçilərinin maaşlarının bu gün kartlarına köçürüldüyünü deyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO