“Azərbaycanda təhsilin inkişafı istiqamətində çalışmaqda maraqlıyıq” – BP RƏSMİSİ 

“Azərbaycanda təhsilin inkişafı istiqamətində çalışmaqda maraqlıyıq” – BP RƏSMİSİ 

Hazırda oxunan: “Azərbaycanda təhsilin inkişafı istiqamətində çalışmaqda maraqlıyıq” – BP RƏSMİSİ 

134307

“Azərbaycan Dövlət Aqrar Universiteti ilə imzalanan anlaşma memorandumu gələcəkdə bir sıra innovativ layihələrin reallaşmasına, yeni həll metodlarının və texnoloji dəstəklərin göstərilməsinə imkan yaradacaq.”  

Bu fikirləri Gəncəyə səfəri zamanı Bizim.Media-nın yerli bürosuna açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Counz verib. 

“Azərbaycan Dövlət Aqrar Universiteti dünyaca məşhur universitetdir və nüfuzlu bir təhsil ocağı sayılır. Buranı gəzəndə yaradılan şəraitin və infrastrukturun yüksək səviyyəsi onu deməyə imkan verir ki, bu qocaman tədris ocağında innovativ layihələrin həyata keçirilməsi üçün hər cür şərait var və biz gələkdə ikitərəfli əməkdaşlıqda bunu planlaşdırırıq”, - deyə BP rəsmisi əlavə edib. 

Onun sözlərinə görə, BP şirkəti tərəfdaşları ilə birlikdə sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldib.  
“Fəaliyyətə başladığı vaxtdan indiyədək ölkədəki sosial sərmayə ilə Azərbaycanda bir sıra sosial layihələrin həyata keçirilməsini reallaşdırıb.

Şirkət əsasən təhsilin inkişafı istiqamətində işlər aparılmasında maraqlıdır.

İnanıram ki, bu yeni layihə Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini və potensialını daha da yaxşılaşdırmağa kömək edəcək. Bu təşəbbüs BP və tərəfdaşlarının bundan öncə Gəncə şəhərinin orta məktəbləri üçün həyata keçirdikləri oxşar məqsədli təhsil proqramının davamıdır”, - deyə Qeri Counz əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO