Bu il su hövzələrində 637 ədəd sintetik tor aşkar edilib

Bu il su hövzələrində 637 ədəd sintetik tor aşkar edilib

Hazırda oxunan: Bu il su hövzələrində 637 ədəd sintetik tor aşkar edilib

134213

Ölkənin su hövzələrində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı 2023-cü ilin 4 ayı ərzində 30459 metr uzunluğunda 637 ədəd sintetik tor aşkar edilərək götürülüb. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, ötən ilin analoji dövründə isə 19352 metr uzunluğunda 375 ədəd sintetik tor yığışdırılıb. Bu isə ötən illə müqayisədə 11107 metr uzunluğunda 262 ədəd daha çox sintetik tor deməkdir. 
Qeyd edək ki, son 3 il ərzində Nazirliyin aidiyyəti qurumları tərəfindən su hövzələrindən ümumilikdə 182459 metr uzunluğunda 3236 ədəd sintetik tor yığışdırılaraq zərərsizləşdirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO