Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukrayna Prezidenti Volodimir Zelenskini öldürməklə hədələməsini şərh edib.
Bizim.Media xəbər verir ki, Podolyak Medvedevi karalları əyləndirən təlxək olan “kiçik qopnik” adlandırıb.
Podolyakın sözlərinə görə, Dmitri Medvedev Rusiyada qərar qəbul etmək səlahiyyətlərindən çoxdan uzaqlaşdırılıb.
Qeyd edək ki, Medvedev Kremlə hücumda Zelenski ilə bağlı şübhələrə əsaslanaraq, Rusiyanın Zelenski və onun ətrafını fiziki olaraq aradan götürməkdən başqa seçimi olmadığını qeyd edib.
Belə ki, Medvedev özünün “Telegram” kanalında Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyd-şərtsiz təslim olma aktını imzalamasına belə ehtiyac qalmadığını bildirib.
Bizim.Media