Peter Çexin adı Şöhrət Zalına daxil edildi

Peter Çexin adı Şöhrət Zalına daxil edildi

Hazırda oxunan: Peter Çexin adı Şöhrət Zalına daxil edildi

134199

"Çelsi" və "Arsenal"ın sabiq qapıçısı Petr Çexin adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib. 

Bizim.Media xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. Qolkiper azarkeşlərin və ekspertlərin səsverməsi ilə seçilib.  

Bu il Premyer Liqanın Şöhrət Zalına daxil olan ilk şəxslər Aleks Fergüsson və Arsen Vengerdir. Həmçinin Rio Ferdinan da buraya daxil edilib. 
Premyer Liqanın Şöhrət Zalı 2021-ci ildə təsis edilib. Ferdinand, Fergüsson və Vengerdən başqa, onun tərkibinə Alan Şirer, Tyeri Anri, Erik Kantona, Roy Kin, Frank Lempard, Dennis Berqkamp, Steven Cerrard, Devid Bekem, Paul Skoulz, Didye Droqba, Vinsent Kompani, Serxio Aquero, Patrik Vyera, Ueyn Runi, Lan Urayt və Peter Şmexel daxildir. 

Qeyd edək ki, Çex “Çelsi” və “Arsenal”da keçirdiyi 443 matçdan 202-də məğlub olub. O, "zadəganlar”ın heyətində 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olub.

Peter həmçinin 3 Liqa Kubokunda və 2 İngiltərə Super Kubokunda qələbə qazanıb. Çex klubu ilə Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. “Arsenal”da qapıçı 1 dəfə İngiltərə kubokunu və 2 dəfə Superkuboku qazanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO