BTQ ilə yükdaşımaların HƏCMİ

BTQ ilə yükdaşımaların HƏCMİ

Hazırda oxunan: BTQ ilə yükdaşımaların HƏCMİ

133952

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə indiyə qədər 2,4 milyon tondan çox yük daşınıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

"BTQ-nin tikintisinə başlanılanda o, “Əsrin layihəsi” adlandırılıb. Təkcə 2022-ci ildə dəmir yolu xətti ilə 691 min ton yük daşınıb. BTQ sayəsində yüklər Pekindən (Çin) Londona (Böyük Britaniya) 12-15 günə çatdırıla bilir.

Halbuki, dəniz yolu ilə, Afrikadan keçməklə Avropadan Asiyaya yükdaşımaları 45-62 gün ərzində həyata keçirilir. Rusiya marşrutundan istifadə edərkən isə yüklərin Çindən Avropaya çatdırılması 32 gün çəkir. Bu mənada Türkiyənin dünya ticarətindəki rolu artıb”, - deyə Türkiyənin sabiq nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.  

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.

BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. 
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO