“Qarabağ”ın bu futbolçuları “Neftçi” ilə oyunu buraxacaq

“Qarabağ”ın bu futbolçuları “Neftçi” ilə oyunu buraxacaq

Hazırda oxunan: “Qarabağ”ın bu futbolçuları “Neftçi” ilə oyunu buraxacaq

133939

Azərbaycan Premyer Liqasının bombardiri olan “Qarabağ”ın futbolçusu Musa Qurbanlı XXXII turda “Neftçi” ilə bu gün keçiriləcək oyunu buraxacaq.  

Bizim.Media xəbər verir ki, 21 yaşlı hücumçu 4 sarı vərəqə limitini doldurduğu üçün Azərbaycan derbisində iştirak edə bilməyəcək.  

“Neftçi”nin yetirməsi II turda “Sumqayıt”, IX turda “Qəbələ”, XX tur “Şamaxı” və XXXI turda “Zirə” ilə ilə matçlarda sarı vərəqə alıb. Həmçinin, müdafiəçi Abbas Hüseynov çoxdandır zədədən əziyyət çəkirsə, digər hücumçu Redon Cicanın da zədəsi var.  

“Neftçi” isə prinsipial rəqibi ilə saat 20:00-da “Bakcell Arena”da keçiriləcək görüşə ideal heyətlə çıxa biləcək. Sadəcə, müdafiəçi Azər Əliyevin yüngül ağrıları var. Ancaq bu, onun qarşılaşmada iştirakına maneə törətmir.  
Qeyd edək ki, Musa Qurbanlı 20 qolla Premyer Liqanın bombardirlər yarışına başçılıq edir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO