Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçi məktəbdə necə çalışıb?

Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçi məktəbdə necə çalışıb?

Hazırda oxunan: Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçi məktəbdə necə çalışıb?

133918

Sumqayıtda məşqçinin vəhşiliyi nəticəsində ölən uşağın məşqə qeydiyyatdan kənar cəlb edildiyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib: 

"2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib".

"Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb", - nazirlikdən bildirilib.

Məlumatda həmçinin, vurğulanır ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir:

"Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb".

Xatırladaq ki, hadisə H.Z. Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. Azyaşlı Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO