“İranda həbs olunanlar Azərbaycana təhvil verilməlidir” – Parlamentdən TƏLƏB 

“İranda həbs olunanlar Azərbaycana təhvil verilməlidir” – Parlamentdən TƏLƏB 

Hazırda oxunan: “İranda həbs olunanlar Azərbaycana təhvil verilməlidir” – Parlamentdən TƏLƏB 

133888

“Prezident İlham Əliyevin rəhbərliyi ilə son günlər İranla gərginliyin azaldılması istiqamətində mühüm addımlar atılır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Ceyhun Məmmədov səsləndirib. 

C.Məmmədov bildirib ki, İranın siyasətində də dəyişiklik hiss olunur: 

“Bu, çox mühüm amildir. Biz, mütləq normal qonşuluq münasibətlərimizi qurmalıyıq. İran mediasında təxribat xarakterli məlumatlar geniş yayılmaqdadır. Məlum məsələdir ki, təkcə bu iki şəxs yox, çoxsaylı insanlar orada oturaraq Azərbaycanla münasibətləri pisləşdirirlər. Hesab edirəm ki, İran tərəfi Azərbaycanın tələblərini nəzərə alaraq bu iki şəxsin Azərbaycana təhvil verilməsinə şərait yaratmalıdır.
Eyni zamanda ölkəmizdə də bu cür insanların sayı on minlərlədir. Onlara qarşı da zəruri addımlar atılmalıdır. Bu gün dövlətimizə qarşı ən böyük təhdidlərdən biri siyasiləşmiş, radikal İslamdır. Bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsi vacibdir. Yoxsa, gələcəkdə də oxşar problemlərlə üzləşə bilərik”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO