Şəkidə parkda kişi meyiti TAPILDI

Şəkidə parkda kişi meyiti TAPILDI

Hazırda oxunan: Şəkidə parkda kişi meyiti TAPILDI

133855

Şəkidə şəhərin mərkəzində yerləşən M.Füzuli adına Mədəniyyət və İstirahət parkında kişi meyiti tapılıb. 

Bizim.Media-nın yerli bürosu sakinlərə istinadən bildirir ki, meyiti aşkar edilən şəxs 52 yaşlı şəhər sakini Azər Mustafayevdir. O, şəhərdə içki aludəçisi kimi tanınır. Sakinlər tərəfindən meyiti aşkar edilən Azər Mustafayevin ölüm səbəbi araşdırılır.

Müvafiq orqanlar meyitə ilkin baxış keçirəndən sonra onun ölüm səbəbini dəqiqləşdirmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə aparılıb. İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. 
Faktla bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO