Bu gün səhər saat 8:00-dan etibarən Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər Halqasının əhatə etdiyi yollarda nəqliyyatın hərəkətinə qoyulan qadağa aradan qaldırılıb.
Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq.
Bizim.Media