Hacıqabulda ağır qəza: yaralılar var - FOTO

Hacıqabulda ağır qəza: yaralılar var - FOTO

Hazırda oxunan: Hacıqabulda ağır qəza: yaralılar var - FOTO

133835

Hacıqabulda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Toyota" markalı avtomobillə içi meyvə-tərəzlə dolu "Ford Tranzit" markalı mikroavtobus toqquşub.

Nəticədə "Ford"un sürücüsü 40 yaşlı Füzuli rayon sakini Hacıyev Elşad Şirxan oğlu və onun sərnişini 33 yaşlı Ucar rayon sakini Nuriyev Hilal Atamoğlan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda faktla bağlı araşdırma aparılır.



Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO