“Türkiyənin döyüş və təlim qırıcısı - “Hürjet” milli silahlarla təmin olunacaq və ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 təyyarələrini qismən əvəz edə biləcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramankazan şəhərində yeni hərbi aviasiya modellərinin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, “Hürjet” qırıcısının “TCG Anadolu” milli desant və aviadaşıyıcı gəmisinin göyərtəsində yerləşdirilməsi də planlaşdırılır.
Prezident, həmçinin Türkiyə kompaniyalarının istehsalı olan beşinci nəsil “Kaan” qirici təyyarəsinin bir neçə ildən sonra silahlı qüvvələrə təhvil veriləcəyini deyib: “Bununla da, Türkiyə beşinci nəsil təyyarə istehsal edə bilən beş ölkədən birinə çevriləcək. “Kaan” yeni texnologiyalar sayəsində radarlar üçün görünməz olacaq”.
Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə yeni “Anka-3” döyüş PUA-sının ilk uçuşunun həyata keçiriləcəyini bildirib.
“Turkish Aerospace Industries” kompaniyası tərəfindən hazırlanan “Hürjet” milli döyüş və təlim qırıcısı aprelin 25-də ilk uçuşunu həyata keçirib. Onun bəzi xarakteristikalarına görə hazırda silahlanmada olan bir sıra qırıcıları üstələdiyi bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:11 / 02.05.2023
Ərdoğan: ““Hürjet” qırıcıları F-16 təyyarələrini əvəzləyəcək”
Hazırda oxunan: Ərdoğan: ““Hürjet” qırıcıları F-16 təyyarələrini əvəzləyəcək”
Hazırda oxunan: Ərdoğan: ““Hürjet” qırıcıları F-16 təyyarələrini əvəzləyəcək”
133819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.