Balakəndə məsciddə YANĞIN OLUB 

Balakəndə məsciddə YANĞIN OLUB 

Hazırda oxunan: Balakəndə məsciddə YANĞIN OLUB 

133808

Balakənin Meşəşambul kənd məscidində yanğın olub. 

Bizim.Media-nın yerli bürosu Fövqaladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, hadisə barədə məlumat daxil olan kimi Meşəşambul kəndinə iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Həyata keçirilən təxirəsalınmaz tədbirlərlə yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində məscidin ibadət zalında iki ədəd döşək, dörd ədəd yastıq və döşəmənin 12 kvadratmetrlik hissəsinin yanar konstruksiyası yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 
Faktla bağlı araşdırma aparılır.  
 
Hadisənin baş vermə səbəbi tədqiqatlardan sonra bəlli olacaq.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO