Qubanın Aşağı Atuc kəndindən olan MMA döyüşçüsü Zəfər Abdürrəhmanov aprelin 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "GFC-Georgian Fighting Championship" liqasının 20-ci seriyasında erməni idmançı Narek Qalstyanı 43 saniyəyə məğlub edərək yarışın çempionu adını qazanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, erməni Narekin kürəyini bir andaca yerə vuran Zəfər Abdürrəhmanov Quba şəhərinin girəcəyindəki Qoşa qapıda hörmət və ehtiramla qarşılanıb.
Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, icra hakimiyyətinin məsul şəxsləri, idmançılar, ictimaiyyət nümayəndələri şəhərin girişində çempionu hərarətlə qarşılayıblar. Ziyəddin Əliyev Zəfər Abdürrəhmanovu erməni idmançı üzərində qələbə qazandığı münasibəti ilə təbrik edib, ona böyük idmanda uğurlar arzulayıb.
Qarşılanmadan sonra qalib Zəfər Abdürrəhmanov idmançılarla birgə Quba Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həyatından keçən igid şəhidlərimizin xatirəsini ehtiramla anaraq, məzarlarını ziyarət edib.
Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev Zəfər Abdürrəhmanovun MMA döyüş növü üzrə daha bir beynəlxalq yarışa hazırlaşdığını qeyd edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
İdman
19:30 / 01.05.2023
Gürcüstanda erməni idmançıya qalib gələn qubalı idmançı təntənə ilə QARŞILANDI - FOTO
Hazırda oxunan: Gürcüstanda erməni idmançıya qalib gələn qubalı idmançı təntənə ilə QARŞILANDI - FOTO
Hazırda oxunan: Gürcüstanda erməni idmançıya qalib gələn qubalı idmançı təntənə ilə QARŞILANDI - FOTO
133788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.