Şimal-Qərb bölgəsində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti Böyük Qafqazın ətəkləri boyu ərazilərdə qar yağması ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə rayonlarında havanın temperaturu 20-22 dərəcədən 10-12 dərəcəyə kimi düşüb.
Belə ki, iki gündür dağlarda müşahidə olunan duman səbəbindən qarı görmək mümkün olmasa da, artıq iki saatdır ki, çəkilən duman sayəsində, dağların zirvəsində və ətəklərində xeyli qar müşahidə olunur.
Şəki regional hava-məlumat bürosundan Bizim.Media-ya bildirilib ki, qarın yağması axşamlar da davam edə bilər. Gözlənilir ki, gecə saatlarında temperatur dağlıq ərazilərdə bir qədər də aşağı enəcək.
Sakinlər isə belə halın son illər yaşanmadığını bildirir. Gecələr havanın soyuması isə ilk növbədə bostan-tərəvəz və meyvə ağaclarının məhsuldarlığına təsir edən başlıca amillərdəndir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:40 / 01.05.2023
Şimal - Qərb bölgəsində HAVA: Dağlarda qar yağıb - FOTO
Hazırda oxunan: Şimal - Qərb bölgəsində HAVA: Dağlarda qar yağıb - FOTO
Hazırda oxunan: Şimal - Qərb bölgəsində HAVA: Dağlarda qar yağıb - FOTO
133780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.