Xəbər verdiyimiz kimi, ötən gün ölkədə hava şəraiti qeyri-sabit olub.
Bizim.Media xəbər verir ki, Goranboy rayonunda güclü yağış yağıb.
Yağan güclü yağış səbəbindən rayonda keçirilən toy mərasimi yarımçıq dayandırılıb.
Bu barədə sosial şəbəkədə video paylaşılıb.
Qeyd edək ki, sel suları xüsusilə Goranboy, Tərtər ərazisində ciddi fəsadlara yol açıb. Eləcə də Şəki, Mingəçevir, Balakən, Qax, Zaqatala, Gədəbəy, Gəncə, Göygöl, Lənkəran, Ağdam, Suqovuşana dolu yağması səbəbindən bir çox yaşayış evləri, eləcə də küçələrdəki avtomobillərə ciddi ziyan dəyib.
Bizim.Media