Sel sularının Tərtər rayonuna vurduğu ZİYAN

Sel sularının Tərtər rayonuna vurduğu ZİYAN

Hazırda oxunan: Sel sularının Tərtər rayonuna vurduğu ZİYAN

133747

Ötən gün sel sularının Tərtər rayonu ərazisində vurduğu ziyan müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rayon Fövqəladə Hallar Komissiyası yayıb.

Bildirilib ki, ötən gün saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonuna dəymiş ziyan barədə ilkin məlumat hesablanıb.

Qeyd edilib ki, rayonun Dəmirçilər kəndində vətəndaşlara məxsus 70 fərdi yaşayış evinin həyətini su basıb, 16 hektar buğda, 15 hektar arpa, 3 hektar pambıq, 5 hektar günəbaxan, 30 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib.
Həmçinin vurğulanıb ki, Ağkənd kəndində vətəndaşlara məxsus 40 fərdi yaşayış evinin həyətini su basıb, 23 hektar buğda, 25 hektar arpa, 7 hektar günabaxan, 20 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO