Daha iki idmançımız Dünya Kubokunda qızıl medal qazandı - FOTO  

Daha iki idmançımız Dünya Kubokunda qızıl medal qazandı - FOTO  

Hazırda oxunan: Daha iki idmançımız Dünya Kubokunda qızıl medal qazandı - FOTO  

133714

Azərbaycanın daha iki paraatleti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda medal qazanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. 

Para-pauerliftinq üzrə millinin üzvü Talıb Zeynalov +107 kq çəki dərəcəsində gənc idmançılar kateqoriyasında qızıl medal əldə edib. 

O, 146 kq nəticə ilə fərdi çəkidə ən yaxşı göstəriciyə imza atıb. Bununla Zeynalov ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında yarışı isə 5-ci pillədə tamamlayıb. 

Yığmanın digər paraatleti Şamo Aslanov +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək, gümüş mükafata yiyələnib. O, fərdi kateqoriyada 205 kq nəticə ilə yarışı 4-cü yerdə başa vurub. 
Qeyd edək ki, azərbaycanlı paraatlet Leyla Kərimova bir gün əvvəl Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO