Çexiya millisini gətirən təyyarə Bakıya eniş edə bilmədi

Çexiya millisini gətirən təyyarə Bakıya eniş edə bilmədi

Hazırda oxunan: Çexiya millisini gətirən təyyarə Bakıya eniş edə bilmədi

133674

Bu gün minifutbol üzrə Ulu Öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək.  

Bizim.Media xəbər verir ki, Bakıda yarışda 8 komanda mübarizə aparacaq.

Elşad Quliyevin çalışdırdığı Azərbaycan millisi A qrupunda Çexiya, İtaliya, Gürcüstan və Serbiya ilə qarşılaşacaq.

Digər qrupda isə Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə və CAR yer alıb. İştirakçı ölkələrin təmsilçiləri bir-birinin ardınca Bakıya gəlib. Yalnız bu gün saat 20:00-da yığmamızla Bakı Tennis Akademiyasının meydançasında üz-üzə gəlməli olan çexlər hələ də ölkəmizdə deyil. Bu komandanı gətirən təyyarə Bakı Hava Limanına eniş edə bilməyib. “Hava gəmisi” Bakı səmasında saatyarım dövrə vursa da, küləyin sürəti enişə imkan verməyib. 
Belədə təyyarə Gürcüstanın paytaxtı Tiflisə istiqamət alıb. Çexiya millisinin qonşu ölkədən bura nə vaxt və necə səfər edəcəyi hələ məlum deyil. Hər halda, oyun saatınadək qonaqların gəlməsi gözlənilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO