Sabirabadda şagirdlərin olduğu avtomobil qəzaya uğradı - Xəsarət alanlar var

Sabirabadda şagirdlərin olduğu avtomobil qəzaya uğradı - Xəsarət alanlar var

Hazırda oxunan: Sabirabadda şagirdlərin olduğu avtomobil qəzaya uğradı - Xəsarət alanlar var

133623

Sabirabadda fənn müsabiqəsindən qayıdan şagirdlərin olduğu avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Sabirabadın Qalağayın kənd tam orta məktəbində respublika fənn müsabiqəsindən imtahan verib, geri qayıdan şagirdlərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qaratəpə kənd sakinləri - 2010-cu il təvəllüdlü Əzizova Zərifə Elsevər qızı, 2010-cu il təvəllüdlü Cəfərova Günel Ələsgər qızı, 1969-cu il təvəllüdlü, müəllim Mövludov Bəxtiyar Hafiz oğlu və daha 3 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO