Saatlıda arvadını və qayınatasını bıçaqlayan şəxs TUTULDU

Saatlıda arvadını və qayınatasını bıçaqlayan şəxs TUTULDU

Hazırda oxunan: Saatlıda arvadını və qayınatasını bıçaqlayan şəxs TUTULDU

133616

Aprelin 30-u saat 12 radələrində Saatlı rayonu Məmmədabad kənd sakinləri - 2004-cü il təvəllüdlü Əminə Əmirova və atası 1980-ci il təvəllüdlü Kamal Əmirovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Saatlı rayon prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla 2002-ci il təvəllüdlü Əli Mirilinin aralarında yaranmış mübahisə zamanı arvadı Əminə Əmirovaya bıçaqla xəsarət yetirməsi və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Əli Mirili şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO