Goranboy rayonunda güclü dolu və yağışdan sonra sel gəlib.
Bizim.Media-nın yerli bürosuna rayondan verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Gürzalar, Borsunlu kəndləri sel suların altında qalıb.
Nəticədə kənd yolunda avtomobillərin hərəkəti tamamilə dayanıb. Sel Gürzalar kəndində bir neçə avtomobili aparıb, avtomobillərə ziyan dəyib. Hələlik kənd təsərrüfatına və əhaliyə dəyən ziyanla bağlı ətraflı məlumat yoxdur.
Qeyd edək ki, yağış hələ də yağır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu