Qaxda evdən geyim oğurlayan şəxslər SAXLANILDI 

Qaxda evdən geyim oğurlayan şəxslər SAXLANILDI 

Hazırda oxunan: Qaxda evdən geyim oğurlayan şəxslər SAXLANILDI 

133527

Qax rayonunun Cəlayir kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, gecə saatlarında sahiblərinin evdə olmadığını fürsət bilən naməlum şəxslər oradan geyimlər və digər əşyalar oğurlayıblar. 

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri - Rəvan Əşrəlizadə və onunla əlbir olan yeniyetmə saxlanılıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər. 
Davam etdirilən tədbirlərlə onların oğurladıqları əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO