Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın vəzifəsindən istefa edəcəyi iddia olunur.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə bir iddia sosial medianın gündəmi olub.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə Rusiyadan imtina edib Çini seçdi
Muhammed Emin Saraçın cənazəsində sosial məsafə qaydalarına əməl olunmadığına görə tənqid olunan nazir sosial mediada yayılan bu görüntülərə görə sonradan üzr istəmişdi.
Fəxrəddin Qocanın “Prezidentimizin yerləşdiyi yerdə üzr istəməyim uyğun deyildi" deməsi müzakirələr yaratsa da, nazir “Onsuz da istefa ərizəmi göndərmişəm” deyə bildirmişdi.
İddialara görə Qocanın vəzifəsindən istefa qərarı qısa müddətdə elan ediləcək. Onunn yerinə Sağlamlıq Elmləri Universitetinin rektoru Cevdet Erdölün təyinat alacağı deyilir.
Bizim.Media