Ceyhun Bayramov: “2020-ci ildən sonra Fransanın ölkəmizə qarşı mövqeyi 180 dərəcə dəyişib”

Ceyhun Bayramov: “2020-ci ildən sonra Fransanın ölkəmizə qarşı mövqeyi 180 dərəcə dəyişib”

Hazırda oxunan: Ceyhun Bayramov: “2020-ci ildən sonra Fransanın ölkəmizə qarşı mövqeyi 180 dərəcə dəyişib”

133479

“Fransa tərəfindən Azərbaycana qarşı ikili yanaşma 2020-ci ildən sonra özünü kifayət qədər qabarıq şəkildə büruzə verir. Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə mətbuat konfransımızda bu barədə qeyd etdim.

Fransa Avropa İttifaqının ən böyük təcrübəyə malik olan ölkəsi və 1997-ci ildən etibarən keçmiş Minsk qrupunun üç həmsədrindən biri kimi keçmiş Qarabağ münaqişəsini yaxşı bilir. Çünki o dövlət Azərbaycan-Ermənistan münasibətləri ilə 25 ildən artıq müddətdə məşğul olub”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Bakının Müşfiqabad qəsəbəsində “Heydər Əliyev 100 – Yaşıl Gələcək” adlı ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında söyləyib. 

Nazir qeyd edib ki, biz Vətən müharibəsinə qədər Fransaya və Minsk qrupunun digər həmsədr ölkələrinə torpaqlarımızın işğalı, qaçqınlar və məcburi köçkünlər, qanunsuz məskunlaşma, təbii- mədəni sərvətlərimizin talanması barədə məlumat vermişdik.
Lakin onların cavab o idi ki, biz vasitəçi olduğumuz üçün neytral olmalıyıq, tərəflərə hər hansı irad bildirə bilmərik. Bütün problemləri aranızda həll edin, biz də bunu dəstəkləyəcəyik.

Lakin 2020-ci ildən sonra Fransanın ölkəmizə qarşı mövqeyi 180 dərəcə dəyişdi. Fransanın bu davranışını klassik olaraq ikili standartların təzahürü kimi görürük. Bu da qəbuledilməz və ədalətsiz yanaşmadır. 

“Fransaya çox gözəl məlumdur ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın hərbi nəzarəti altındadır. Fransa tərəfindən Ermənistana bununla bağlı da hər hansısa çağırış edilməyib. Fransadan gələn heç bir rəsmi şəxs vəziyyətlə tanış olmaq üçün həmin səkkiz yaşayış məntəqəsinə getməklə bağlı təşəbbüs göstərməyib”, - deyə C.Bayramov vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO